Menu
Geri İrəli

Sumqayıtda məcburi köçkünlərlə görüş

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 614 dəfə • Şərh yoxdur
Share Button

1449139146_14491332244236350870_1000x669 1449139135_14491332243727732385_1000x669Sumqayıt şəhərində 12-ci mikrorayonda fəaliyyət göstərən Qubadlı rayon Çaytumas kənd tam orta məktəbində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vətəndaşlarla səyyar qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə 11-ci və 12-ci mikrorayonda və Dəmiryolu vağzalının ətrafında məskunlaşan məcburi köçkünlər iştirak ediblər. Onları narahat edən problemlər dinlənilib və bir çoxu yerindəcə öz həllini tapıb.

Məcburi köçkünlərdən Eldar Xanlaroğlu, Savalan İmanov, Nizami Rzayev və başqaları Nardaranda baş vermiş hadisələri pisləyərək, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər. Onlar dövlətimizin başçısının rəhbərliyi ilə tezliklə əzəli torpaqlarına qayıdacaqlarına əminlik ifadə ediblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın