Menu
Geri İrəli

Sumqayıtda məhəllədaxili yollar təmir olunur – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2016 • Baxış sayı: 5,257 dəfə • 1 şərh

Böyük tikinti meydanını xatırladan Sumqayıt şəhərində abadlıq və quruculuq işləri mərhələli şəkildə davam etdirilir.

sumqayitxeber.com xəbər verir ki, Sumqayıtda uzun illər boyunca həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların yararsız vəziyyətdə olması ilə bağlı idi. Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq hazırda şəhərin əsas küçə və prospektləri ilə yanaşı məhəllədaxili yollarda da asfalt örtüyü döşənir.

Hazırda 6, 9 və 13-cü mikrorayonlarda  məhəllələrdə daxili yollar və səkilərin asfalt örtüyü yenilənir. Yaxın zamanlarda digər məhəllə və mikrorayonlarda da  mərhələli şəkildə yararsız vəziyyətdə olan asfalt örtükləri yenisi ilə əvəzlənəcək.

sumqayitxeber.com şəhərdə yol infrastrukturunun yenilənməsi ilə bağlı hazırlanmış reportajı təqdim edir:

eeeee Безeмени-2 Безимени-1 Безимени-1eee Безимени-1eee3 Безимени-1w Безимени-12 Безимени-1333

Facebook Şərhləndirmə:

“Sumqayıtda məhəllədaxili yollar təmir olunur – FOTOLAR” yazısına bir cavab

  1. Azer deyir:

    11ci mikrorayonun erazisine de gelib cixsaydilar pis olmazdi

Şərhinizi yazın