Menu
Geri İrəli

Sumqayıtda Mentor proqramı üzrə təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2014 • Baxış sayı: 342 dəfə • Şərh yoxdur

860725Dünən  Sumqayıt Bələdiyyəsinin akt zalında Almaniya Əməkdaşlığı Birliyinin, “Qadınlar Bələdiyyənin inkişafı uğrunda” İctimai Birliyinin, Sumqayıt Bələdiyyəsinin xanım üzvləri və şəhərin fəal qadınlarının iştirakı ilə Mentor proqramı üzrə treninq keçirilib.

Treninqin təşkilatçılarından olan “Qadınlar Bələdiyyənin inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova və Almaniya Əməkdaşlığı Birliyinin Azərbaycan ofisinin məsləhətçisi Fidan Qasımova ilkin olaraq mentorluq fəaliyyəti və onun yaranma tarixi barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Sumqayıt Bələdiyyəsinin, Hacı Zeynalabdin Tağıyev və Corat Bələdiyyələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə 4 saata yaxın müddət ərzində kiçik qrant layihələrinin hazırlanması, gender bərabərliyi, narkomaniyaya və məişət zorakılığına qarşı  mübarizə və s. mövzular üzrə söhbətlər edilmiş, fikir mübadiləsi və müzakirələr aparılıb.

Sumqayıt Bələdiyyəsinin təşkilat şöbəsinin müdiri Gülrəng Cümşüdova, Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitəsinin sədri Solmaz Zeynəddinova, 30-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsinin sədri İndira Şəmsivari, Sumqayıt Bələdiyyəsinin üzvü, şəhərin Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva və digərləri mentor proqramı üzrə fəaliyyətin gücləndirilməsi və praktik əhəmiyyətinin artırılması üçün maraqlı təkliflərlə çıxış ediblər.

Tədbirin yekun mərhələsində Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev iştirak etmiş və mentor hərəkatının üzvlərinə gender bərabərliyinə nail olmaq və qadınların ictimai fəallığının artırılması işində tədbir iştirakçılarına uğurlar arzulamışdır..

Facebook Şərhləndirmə:

Şərhinizi yazın