Menu
Geri İrəli

Sumqayıtda millət vəkilləri sahibkarlarla görüşdü – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2016 • Baxış sayı: 838 dəfə • Şərh yoxdur

indexdxcxc3e334343434

Bu gün Sumqayıt şəhər  İcra Hakimiyyətinin təşəbbüsü ilə Gənclər Evində gənc sahibkarlarla görüş keçirilib.

Görüşdə millət vəkilləri Tahir Mirkişili, Muxtar Babayev, Sumqayıt Şəhər 2 saylı Ərazi Vergilər İdarəsinin hüquqşünası Nahid Tağıyev, SumqayıtASAN xidmətMərkəzinin rəhbəri Ramal Sabirli, sahibkar Hümbət Quliyev iştirak edib.

Görüşdə son günlərdə neftin qiymətinin aşağı düşməsi fonunda dünya iqtisadiyyatında gedən proseslərdən və bunun ölkə iqtisadiyyatına təsirindən danışılıb. Qeyd olunub ki, hökumət yaranmış vəziyyətə çevik reaksiya verib, böhranın təsirini azaltmaq üçün geniş proqramın hazırlanmasına başlanılıb. Məqsəd ölkə iqtisadiyyatının şaxələndirilməsi, maliyyə sistemində dayanıqlığın və şəffaflığın təmin olunması, sosial sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasına, mövcud problemlərin həllinə yönəlib.

Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və sahibkarları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.

sahibkar2  sahibkar66

 

sahibkar3indexcc

Facebook Şərhləndirmə:

Şərhinizi yazın