Menu
Geri İrəli

Sumqayıtda Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur

Sentyabrın 18-də Sumqayıt şəhərindəki Nəriman Nərimanov adına mədəniyyət evində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü münasibətilə tədbir keçirilmişdir.
Şəhər mədəniyyət və turizm idarəsindən AzərTAc-a verilən məlumata görə, Əhməd Bakıxanov adına uşaq incəsənət məktəbinin və mədəniyyət evinin təşkilatçılığı ilə keçirilən tədbirdə dahi Üzeyir Hacıbəylinin şərəfli ömür və yaradıcılıq yolundan bəhs edilmiş, xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndirilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın