Menu
Geri İrəli

Sumqayıtda min nəfərə qurban sovqatı paylanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur
Share Button

«Azərikimya» İstehsalat Birliyinin kollektivi oktyabrın 15-də xalqımızın və bütün İslam dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı münasibətilə uzun illər Birliyin idarə və müəssisələrində çalışaraq təqaüdə çıxmış veteran kimyaçılar, həmçinin Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda Cəmiyyətinin və Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının üzvləri ilə görüş keçirilmişdir. Görüşdə veteran kimyaçıların və əlillərin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanılmış, onların arzu və istəkləri dinlənilmişdir.

Qeyd edək ki, bayram günündə «Azərikimya» İB-nin təşkilatçılığı və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin üzvlərinin iştirakı ilə 1000 nəfərə yaxın veteran-kimyaçıya və əlil ailələrinə qurban sovqatı paylanılmışdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın