Menu
Geri İrəli

Sumqayıtda müəllimdən icazə ala bilməyən şagird özünü 3-cü mərtəbədən atıb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2013 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

ambulans

Bu gün Sumqayıtın orta məktəblərindən birində xoşagəlməz insident baş verib.

Gün.Az Vesti.Az-a istinadən xəbər verir ki, 14 saylı orta məktəbin 16 yaşlı şagirdi hündürlükdən yıxılıb, aldığı zədələrlə əlaqədar şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, şagird təhsil müssisəsinin 3-cü mərtəbəsindən yıxılıb. Yeniyetmə müəllimdən dərs vaxtı sinfi tərk etmək barədə icazə ala bilmədikdən sonra bu addımı atıb. Şagird deyib ki, guya o, repetitor yanına hazırlığa getməlidir.

Sumqayıt şəhərinin Polis İdarəsindən informasiyanı qismən təsdiqləyiblər. Məlumata görə, 2-ci mikrorayonun 16 yaşlı sakini üçüncü mərtəbədən yox, məktəbin yüksək hasarını aşmağa çalışarkən yıxılıb. Nəticədə yeniyetmə qolunu sındırıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Fərid Ədalət
Gün.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın