Menu
Geri İrəli

Sumqayıtda müasir turizm infrastrukturu qurulur – Zakir Fərəcov otelin açılışında (FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2017 • Baxış sayı: 12,314 dəfə • 3 şərh
Share Button

Sumqayıt şəhərində növbəti otelin açılış mərasimi keçirilib. Corat qəsəbəsində, dənizin bir neçə metrliyində inşa olunan “Regnum” otel və restoranının açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  idarə və müəssisə rəhbərləri, şəhərin ictimaiyyət nümayəndələri iştirak edib.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov otelin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Sonra Z.Fərəcov çıxış edərək Sumqayıtda son vaxtlarda turizm sahəsində görülən işlərdən danışıb və gələcəkdə də şəhərin bu potensialının yüksəldilməsi istiqamətində tədbirlər görüləcəyini vurğulayıb.
Qeyd edək ki, 3 mərtəbəli “Regnum” otel 28 otaqdan ibarətdir. Otaqların sahəsi 40-45 kv.metrdir. Nömrələrin 7-si tvin, 21-i isə dabldır. 14 otaq dəniz mənzərəlidir. Binanın 1-ci mərtəbəsində restoran, banket zalı və konfrans otağı var.

sumqayitxeber.com
Fotolar: Xəqani Əzizov

DSC_0305 DSC_0288 DSC_0197 DSC_0181 DSC_0089 (1) DSC_0104 DSC_0113 DSC_0121 DSC_0077
DSC_0018 (1)

DSC_0014

DSC_0013

DSC_0005

DSC_0008

DSC_0012 1

DSC_0012

DSC_0003

DSC_0004

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda müasir turizm infrastrukturu qurulur – Zakir Fərəcov otelin açılışında (FOTOLAR)” yazısına 3 cavab

  1. Ulker deyir:

    Bu seheri duzeltse Zakir muellim duzeldecek. Ugurlar

  2. Oktay Eliyev deyir:

    Sumqayit qisa muddetde cox deyisdi. Olmayaninfrastruktur yaradilir. Elbetdeki butun bunlar Zakir Ferecovun rehberliyi ve tesebbuskarliqi ile bas tutur!

  3. Xeyale Mustafayeva deyir:

    Artlıq Nabrana, xaricə getməyə gərək yoxdur. Elə öz şəhərimizdə istirahət edə bilərik.

Şərhinizi yazın