Menu
Geri İrəli

Sumqayıtda müəllim şagirdi amansızca döydü (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2016 • Baxış sayı: 1,989 dəfə • 1 şərh
Share Button

103650Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb.

ANS PRESS-ə daxil olan videoda aydın görünür ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.

Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılacaq. Mövzunu davam etdirəcəyik.

Həmin videonu sizə təqdim edirik.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda müəllim şagirdi amansızca döydü (VİDEO)” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    O yaramaz uşağın sinif yoldaşları deyir ki, o, çox tərbiyəsiz, dəcəl uşaqdır. Odur ki, müəllim haqda tələsik qərar qəbul edilməməlidir və işdən çıxarılmamlıdır. Ona ən uzağı şifahi xəbərdarlıq edilməli və müəllimliyində qalmalıdır!
    Yəqin o nanəcib uşaq sinifdə elə mərifətsiz, alçaldıcı söz işlədib, ya da tərbiyəsiz hərəkət edib ki, müəllimin əsəbləri tab gətirməyib, dözə bilməyib. O yaramaz uşaq bəlkə də qızların yanında deyilməli olmayan söyüş-zad işlədib? Odur ki, müəllimi o həddə çatdıran nanəcib, tərbiyəsiz, qanacaqsız uşaq məktəbdən qovulmalı, uşaq koloniyasında “tərbiyə” olunmalıdır. Valideynləri isə tənbeh edilməli, el qınağına tutulmalıdırlar.
    Biz də məktəbdə oxumuşuq da, sakit, tərbiyəli-qanacaqlı şagirdə müəllim əl qaldırırdımı? Heç vaxt! Və niyə də axı boş yerə kiməsə şapalaq vurmalı idi? Döyülməlini döyərlər da!
    Görün nə həddə çatdırıb ki müəllimi, o nanəcibə bir-iki şapalaq vurmaqla da hirsi soyumayıb!.. Mən də elə çırpardım ki o qoduğu!.. Bir özünüz mühakimə edin – əgər müəllim yox, o tərbiyə görməmiş zırrama haqlı olsaydı, onda şagirdlərin hamısı tökülüşüb, müəllimi çırpardılar. Müəllim haqlı olub ki, bu baş verməyib. Uşaqlar xeyli müddət məsələyə müdaxilə etməyiblər, hətta əksinə – müəllimin o dəyyusu döyməsinə “ləzzətlə” tamaşa ediblər, hələ bir videoya da köçürüblər. Deməli, haqlı olaraq, düz eləyib çırpıb o yaramazı! Müəllim heç vaxt boş yerə, səbəbsiz olaraq əl qaldırmaz hər uşaq-muşağa, qor-qoduğa!

Şərhinizi yazın