Menu
Geri İrəli

Sumqayıtda muğam festivalı keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2013 • Baxış sayı: 153 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə   “Gənc Muğamsevərlər” Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində muğam festivalı keçiriləcək.

mugam festivali

Layihənin icraçısı Eyvaz Qocayevin “Xəbərlə” yə verdiyi məlumata görə Oktyabr ayının sonlarında Sumqayıt və Bakı şəhərində yaşayan gənc muğam ifaçıları bir araya gətirilərək Sumqayıt şəhərində Muğam Festivalı keçiriləcək.

Layihənin məqsədi istedadlı gənc muğam ifaçılarını seçərək üzə çıxartmaq, onları bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri stimullaşdırmaq, gənclərin muğama olan marağını artırmaq, mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, bununla yanaşı gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaqdır.

Muğam  Festivalında iştirak etmək istəyən gənc muğam ifaçıları layihə rəhbərinə müraciət edərək festivala qoşula bilərlər.

Əlaqə nömrəsi: 055 209 45 00

Facebook Şərhləndirmə:

Şərhinizi yazın