Menu
Geri İrəli

Sumqayıtda Mühafizə İdarəsinin əməkdaşları tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2015 • Baxış sayı: 856 dəfə • Şərh yoxdur
Share Button

hebs2Aprelin 15-də Sumqayıt şəhərinin ərazisində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T.Ağabəyovun və A.Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olan R.Qurbanovun istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar aprelin 16-da şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
sumqayitxeber.com Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir  ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağabəyov və A.Mursayibov tutulub, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti “Revolver” tipli  tapança götürülüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın