Menu
Geri İrəli

Sumqayıtda mülki müdafiə təlimi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2014 • Baxış sayı: 699 dəfə • Şərh yoxdur

1521649_791911417498793_6264121908997262194_n

Avqustun 29-da ARDNŞ-nin “2014-cü il üçün mülki müdafiə tədbirləri planı”na uyğun olaraq “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun 30 saylı neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt mülki müdafiə təlimi keçirilmişdir.
Təlimdə “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, obyekt fövqəladə hallar komissiyası və mülki müdafiə qərargahı ilə bərabər “Etalon Security” MMC-nin mühafizə qrupu, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Sumqayıt Regional Mərkəzin Xüsusi xilasetmə qrupu, Sumqayıt şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının və “Kimyaçı” poliklinikasının tibbi yardım briqadaları və Sumqayit şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları iştirak etmişlər.
Təlimə həmçinin Qaz İxracı İdarəsinin, “Azərsu” ASC-nin, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin əməkdaşları və Sumqayıt Regional Mərkəzin zabitləri dəvət olunmuşlar.
Şərti zəlzələnin təsirindən Etilen-polietilen zavodunun 30 saylı neft-kimya məhsul-larının qəbulu və buraxılması sahəsində benzin saxlanılan tutumların girişində boru xətlərinin zədələnməsi nəticəsində baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan təlimdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları hadisə yerinə tələsmişlər. İlkin olaraq mühəndis kəşfiyyat qrupu tərəfindən yanğın baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilməsi, təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatı yerinə yetirilmişdir.
Təlim boyunca kimya müşahidə nəzarəti labararoriya şəbəkəsi tərəfindən ərazidə davamlı müşahidələr aparılmış, götürülmüş nümunələrin nəticəsi ilə qərargah məlumat-andırılmışdır. Yanğından Mühafizə İdarəsinin şəxsi heyətinin operafiv müdaxiləsi ilə benzin saxlanılan tutumda baş vermiş yanğın, digər tutumlara keçməsinin qarşısı alınmaqla söndürülmüşdür.
Həm radiasiya-kəşfiyyat, həm yanğınsöndürmə, həm də xilasetmə və sanitar dəstələri tədbirin davam etdiyi müddət ərzində əlbir şəkildə hərəkət etmiş, pərakəndəliyə, çaşqınlığa yol verməmişlər. Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən və iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlim qüsursuz başa çatmış və qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.


10350443_791912170832051_3866404036528452009_n 10629853_791911577498777_7952059777943748768_n 10646890_791911960832072_5821477905573554992_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın