Menu
Geri İrəli

Sumqayıtda “N” saylı hərbi hissədə “açıq qapı” keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2017 • Baxış sayı: 5,675 dəfə • 1 şərh
Share Button

İyunun 26-da Sumqayıtdakı “N” saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “açıq qapı” təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin həyətində ucalan büstü önünə tər güllər düzülüb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Korpus komandiri, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov bayram münasibətilə hərbi hissənin zabit və əsgər heyətini təbrik edib, Azərbaycan Ordusunun yaradılmasından, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünun qarantıdır. R.Əkbərov ümummilli lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğunda apardıqları islahatlardan söz açıb, bu islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşdığını qeyd edib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov vurğulayıb ki, Azərbaycanın qüdrətli və nizami orduya malik olmasi məhz Ulu Öndərin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev də Ümummilli Liderin başlatdığı bu şərəfli işi uğurla davam etdirərək, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaratmağa nail olub.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və digər çıxış edənlər Milli Ordumuzun yaranmasının 99-cu ildönümü münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara bu şərəfli işlərində uğurlar arzulayıblar.

Sonra xidmətdə fərqlənən bir sıra hərbi qulluqçuya Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Tədbir iştirakçıları daha sonra hərbi hissədə yaradılan şəraitlə tanış olub, Daxili Qoşunların istifadəsində olan silah, zirehli texnika və avtonəqliyyat vasitələrinə baxıblar.

Hərbi hissə ilə tanışlıq zamanı qonaqlar yeməkxanada əsgərlərlə birlikdə nahar ediblər.

Tədbir geniş konsert proqramı ilə davam edib.

DSC_0033 DSC_0067 DSC_0077 DSC_0099 DSC_0104 DSC_0152 DSC_0160 DSC_0174 DSC_0195 DSC_0215 DSC_0218 DSC_0233 DSC_0265 DSC_0277 DSC_0281 DSC_0283 DSC_0294 DSC_0317 DSC_0341 DSC_0349 DSC_0359 DSC_0368

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda “N” saylı hərbi hissədə “açıq qapı” keçirilib” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Ali Baş komandan, möhtərəm İlham Əliyev cənabları başda olmaqla Mili Ordumuzun hər bir əsgər və zabitini 26 iyun – Silahlı Qüvvələr günü münasibətiə ürəkdən təbrik edirəm, Şuşada, Xənkəndidə Azərbaycan Bayrağını dalğalandırmalarını arzulayıram! Özü də – tezliklə! Kaş o günü görəydik! Mərd və igid generalımız Rövşən Əkbərovla Füzulinin Haramı düzündə döyüşlər getdiyi zaman, hələ polkovnik olduğu dövrdə tanış olmuşdum. Bu gün isə qürur doğurur ki, o, təcrübəli korpus komandiri, general-leytenantdır. (Həmin dövrdə Füzuli döyüşləri ilə bağlı redaktoru olduğum “Bakinets” qəzetində qoşa səhifə də vermişdim. Cəsur polkovnik Fətulla Hüseynov da öz “dəliləri” ilə o döyüşlərdə iştirak edirdi). Rövşən Əkbərov öz yerində olan generaldır. Allah qorusun onu və bütün hərbçilərimizi!

Şərhinizi yazın