Menu
Geri İrəli

Sumqayıtda narkomaniya əleyhinə maarifləndirmə işləri aparılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Yanvar 2014 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur
Share Button

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı sakini Həmidli Vüsalənin rəhbərlik etdiyi “Sağlam gənclik – sağlam gələcək” layihəsi çərçivəsində Sumqayıt və Bakı şəhərində  yerləşən məktəblərdə gənclər arasında narkomaniyanın zərərli cəhətləri ilə bağlı maarifləndirmə və məlumatlandırma xarakterli görüşlər keçirilib.

AZADİNFORM  xəbər verir ki, iki ay davam edən tədbirlər planı çərçivəsində informasiya çatışmazlığının aradan qaldırılması, narkomaniyaya qarşı mübarizədə gənclərin, əhalinin, icma üzvlərinin, yerli hakimiyyət orqanlarının, regiondakı vətəndaş cəmiyyəti institutlarının, KİV-lərin, özəl sektorun səylərinin birləşdirilməsinə töhfə verilməsi və rolunun artırılması, gənclərin maraqlarının müdafiəsi, gənclər arasında mənəvi tərbiyənin gücləndirilməsi istiqamətində genişmiqyaslı təlimlər keçirilib.

stop

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın