Menu
Geri İrəli

Sumqayıtda “Narkotiklərə “yox” deyək!” mövzusunda tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2016 • Baxış sayı: 565 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Tarix Muzeyində  “Narkotiklərə “yox” deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

DSC_0020

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Sumqayıt şəhər komissiyasının sədri Teymur Səmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun nümayəndəsi Şahin İsmayılov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktor müavini Bilal Əsədov  narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizəyə dair dövlət siyasəti və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icrası istiqamətində görülmüş işlərdən, həyata keçirilən layihələrlə bağlı məlumat veriblər.

 Maarifləndirici tədbirdə Sumqayıt şəhər Polis İdarəsinin Narkomaniya ilə mübarizə  Bölməsinin rəisi Fazil Əhmədov, Sumqayıt şəhərinin Prokurorunun müavini Kamran Mahmudov, Sumqayıt şəhər Narkoloji Dispanserin Baş həkimi Kamil Mehdiyev, Sumqayıt şəhər Təhsil Şöbəsinin metodkabinetin müdiri Sabir Məmmədov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov çıxış edərək “ağ ölüm” adlanan narkomaniyanın insan cəmiyyətinə gətirdiyi fəlakət, vurduğu iqtisadi-mənəvi sarsıntılar və bu dəhşətli bəlaya qarşı ictimai mübarizənin təşkili barədə danışıblar.

Tədbirdə “Narkomaniya təhlükəli təzahür və insan cəmiyyətinin sağlam inkişafına, mənəvi və əxlaqi dəyərlərinə zərbə” adlı film nümayiş etdirilib.

Sonra tədbirin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

DSC_0003
DSC_0021 DSC_0048 DSC_0072 DSC_0091 DSC_0095 DSC_0104

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın