Menu
Geri İrəli

Sumqayıtda “Narkotiksiz Gənclik – Sağlam Həyat” – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur

1461305448_13083104_456235664587722_7013051977123303431_nSumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın 2016-cı il üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə istiqmətində şəhərin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında keçirilən maarifləndirici xarakterli görüşlər davam etdirilir.

01 mart 2016-cı il tarixindən etibarən şəhərin birsıra ümumtəhsil məktəblərində şəhər Təhsil Şöbəsinin, Polis İdarəsinin, Sumqayıt Rayonlararası Narkoloji Dispanserin, Gənclər və İdman Baş İdarəsinin və məktəblərin müəllim və şagird kollektivinin iştirak ilə narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirici görüşlər təşkil edilmişdir.

21 aprel 2016-cı il tarixində 5 nömrəli tam orta məktəbin şagirdlərinində iştirak etdiyi görüşdə ilk öncə Baş İdarənin təqdim etdiyi “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən film nümayiş olunmuşdur.

Təhsil Şöbəsinin metodisti Əlhəddin Paşayev, Sumqayıt Rayonlararası Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, Polis İdarəsinin əməkdaşı Bəbir Alxanov, Gənclər və İdman Baş İdarəsinin Təşkilati iş və təsərrüfat sektorunun müdiri Rüfət Mahmudzadə çıxışlarında Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulduğunu və aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını qeyd etmişlər.

Həmçinin çıxışlarda Sumqayıt şəhərində narkomaniya əlehinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində görülən işlər barədə məlumatlar verilmişdir. Sonda mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılmış, sualları cavablandırılmış və Baş İdarənin hazırladığı bukletlər iştirakçılara paylanılmışdır.

Qeyd edək ki, narkomaniya əlehinə görüşlərin ümumtəhsil məktəbləri ilə yanaşı ali, orta-ixtisas məktəblərində, məhəllə və mikrorayonlarda da keçirilməsi nəzərdə tutulmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın