Menu
Geri İrəli

Sumqayıtda neçə maşın yoxa çıxıb? – DİN-dən hesabat

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2015 • Baxış sayı: 748 dəfə • Şərh yoxdur
Share Button

Daxili İşlər Nazirliyi 2000-ci ildən bu yana Azərbaycanda itən maşınların siyahısını təqdim edib.
iten3
Nazirlikdən ANS PRESS-ə verilən məlıumata görə son 15 ildə Azərbaycanda ən çox maşın Bakının Nəsimi rayonunda itib.
Nazirliyin saytında yerləşdirilən siyahıda hətta 1988-ci ildən bu yana axtarışda olan maşınlara belə rast gəlinir. Siyahıya əsasən hazırda ümumilikdə ölkə üzrə 2 521 maşın axtarılır.


VAZ-2106

2000-ci ildən bu yana itmiş maşınların statistikasına əsasən ən çox axtarılan maşınlar sırasında “sovet” istehsalı vaz markalı avtomobillərdir. Belə ki, 138 ədəd VAZ 2106, 110 ədəd VAZ 2107, 50 ədəd digər VAZ 21-lər axtarılan maşınlar sırasında liderdilər. Daha 16 ədəd Mercedec, 9 ədəd Qazel, 8 ədəd VAZ 2121 (Niva) itmiş maşınlar sırasındadır. İtmiş maşın markaları sırasında az da olsa (1-2 ədəd) BMW, Hunday, Opel, Lexsus, Porşe və s. rast gəlmək olar.


“Qazel” avtomobilləri nə vaxtsa Azərbaycanda sərnişinnəqliyyatda istifadə olunurdu

Maşınlar Azərbaycan üzrə ən çox Bakının Nəsimi rayonunda (60) yoxa çıxıb. Bundan əlavə Binəqədidə 53, Nərimanovda 41, Yasamalda 39, Nizami rayonunda 36, Xətai 28, Səbai 14, Xəzər rayonunda isə 13 maşın itkindir.

Azərbaycanın rayonlarında isə Kəpəz, Sumqayıt üzrə- 5, Abşeron, Masallı, Nizami (Gəncə), Şirvan- 3, Lənkəran, Qusar, Xaçmaz, Kürdəmir- 2, Ağcabədi, Ağstafa, Astara, Beyləqan, Cəlilabad, Qəbələ Şamaxı, Mingəçevir, Oğuz, Tovuz rayonlarında isə hərəsində 1 maşın itkindir.

Siyahıya əsasən ən çox maşın itməsi halı 2014-cü ildə 74 maşının yoxa çıxması ilə qeydə alınıb.

Məlumdur ki, müasir avtomobil oğruları qeyri-qanuni yolla əldə etdikləri maşınların tanınmaması üçün nəinki onların rəngini, ümumi görünüşünü hətta ban nömrələrini belə dəyişdirə bilirlər. Belə oldğuğu təqdirdə bəzi itmiş avtomobillərin tapılması mümkünlüyü sıfıra bərabərdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın