Menu
Geri İrəli

Sumqayıtda neft qatarı yandı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2009 • Baxış sayı: 204 dəfə • Şərh yoxdur

Sumqayıtda qatar yanıb. Bu barədə məlumatı “OLALAR”a Sumqayıt şəhər sakinləri verib. Hadisə Sumqayıtın Hacı Zeynəlabdin Tağıyev qəsəbəsi ərazisindəki dəmir yolunda baş verib. Yanğın neft daşıyan qatarın dəmir yolu stansiyasına yaxınlaşan zaman baş verib. Neft daşıyan qatarda qəfil yanğın başlayıb və qatar stansiyaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları gəlib. Sakinlərin dediyinə görə, yanğın başlayan vaqonlar ar ıq qatardan ayrılıb. Amma hələlik baş verən yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının qatarın teplovoz hissəsindən başlandığı bildirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın