Menu
Geri İrəli

Sumqayıtda nənə-nəvə faciəsi – nəvə ölüb, nənə ağır yaralanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2015 • Baxış sayı: 900 dəfə • Şərh yoxdur

qeza piyadaSumqayitxeber.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 25-də saat 21 radələrində Sumqayıt şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri Şərafət Zeynalova və onun nəvəsi Ramal Tahirov vurulub. R.Tahirov hadisə yerində ölmüş, Ş.Zeynalova xəstəxanaya yerləşdirilmişdir.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü – şəhər sakini Fərhad Muradi tutulmuşdur.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın