Menu
Geri İrəli

Sumqayıtda Nəsimi Parkına giriş üçün, doğrudanmı, pul yığılır?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2014 • Baxış sayı: 1,135 dəfə • Şərh yoxdur
Share Button
5051Şəhərimizin dənizkənarı Nəsimi adına parkı abadlaşdırılır. Hazırda da parkın ərazisində qaynar iş gedir. Ancaq…
Ancaq bu gün redaksiyamıza daxil olan məlumat, açığı, təəccüb doğuran idi: “Parkın bir hissəsinə giriş ödənişli edilib. Belə ki, sumqayıtlıların “Sevgililər Körpüsü” kimi tanıdığı körpüdən dənizə doğru düşərkən sola ayrılan yolda şlaqbaum qoyulub. Söhbət Rəsm Qalereyasına tərəf gedən avtomobil yolundan gedir” – deyə məlumatda bilidirilirdi.
Məlumatı dəqiqləşdirmək üçün əraziyə yollandıq. Şlaqbaum “işlədən” şəxs bildirdi ki, əraziyə giriş həqiqətən də pulludur – giriş üçün 1 manat ödəmək lazımdır. İşçi bildirdi ki, o, bu pulun hara, hansı qurum üçün və nə məqsədlə yığıldığını bilmir: “Bunun üçün Mirseyid müəllimlə əlaqə saxlayın. Parklara o, baxır”
Mirseyid müəllimlə əlaqə saxladıq. O isə bildirdi ki, münasib yerdə olmadığı üçün danışa bilmir, bizimlə 20-25 dəqiqəyə əlaqə saxlayacaq.
Baxmayaraq ki, Mirseyid müəllim bizimlə dediyi vaxtdan sonra da əlaqə saxlamadı, ancaq məsələyə şəhər icra hakimiyyəti səviyyəsində aydınlıq gəldi.

İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyev bildirdi ki, bu ərazidə dayanacaq yaradılıb: “Orada rəsmi olaraq dayanacaq yaradılıb. Kiminsə qanunsuz ödəniş tələb etməsindən söhbət gedə bilməz. Bu, dənizkənara parkın abadlaşdırılması layihəsində əvvəlcədən nəzərdə tutulmuş avtodayanacaqdır. Axı parkda başdan-ayağa maşınla gəzmək olmaz. Gələcəkdə, dənizkənarı ərazi abadlaşdırıldıqdan sonra daha bir dayanacağın qurulması nəzərdə tutulur. Bu, həm də əhalinin parkda rahat istirahəti və avtoxuliqanlığın qarşısını almaq üçün nəzərdə tutulur. Yığılan vəsait isə abadlaşdırılmış əraziyə xidmət və işçilərin əməkhaqqına yönəldiləcək”. (168saat.com)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın