Menu
Geri İrəli

Sumqayıtda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2017 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur
Share Button

Sentyabrın 20-də Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevin idarəçiliyi ilə Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) konserti olub.

AZƏRTAC xəbər verir ki, konsert Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib.

Proqramda dünya və Azərbaycan bəstəkarlarının – V.A.Mosartın, P.Çaykovskinin, Rodion Şedrinin, Giya Kançelinin, Arvo Pyartın, habelə Qara Qarayevin, Firəngiz Əlizadənin əsərləri ifa olunub.

Konsert alqışlarla qarşılanıb.

Xatırladaq ki, sentyabrın 18-dən 26-dək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

DSC_0083 DSC_009915059254042405563167_1000x669 1505925404419868495_1000x669 15059254045435519883_1000x669 15059254046428340125_1000x669 1505925404777959968_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın