Menu
Geri İrəli

Sumqayıtda ölüm hallarının artması ilə bağlı fövqəladə hallar komissiyasının yığıncağı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 515 dəfə • Şərh yoxdur
Share Button

deniz2Sumqayıt çimərliklərində xilasetmə işləri ilə bağlı şəhər İcra hakimiyyəti yanında Fövqəladə hallar komissiyasının yığıncağı keçirilib.

 05 avqust 2015-ci il tarixdə Sumqayıt şəhərinin sahilboyu çimərliklərində insan tələfatının artması ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə şəhər İcra hakimiyəti yanında Fövqəladə hallar komissiyasının yığıncağı keçirilib. Tədbirdə komissiyanın sədri şəhər İcra hakimiyyəti başçısının müavini Sahib Quliyev, komissiyanın üzvləri Suda xilasetmə xidmətinin rəis müavini polkovnik Elxan Cəbiyev, FHN-nin işlər üzrə müdiri Elsəfər Həsənov, digər müvafiq qurumların nümayəndələri, sahilboyu çimərliyi olan istirahət mərkəzlərinin rəhbərləri iştirak edib.

Tədbirdə qeyd olunub ki, Sumqayıt çimərliklərində təhlükəsizlik sahəsi ilə bağlı bütün zəruri tədbirlər görülməli, xilasetmə işlərinin təşkili ilə yanaşı, əhalinin maarifləndirilməsi işi düzgün təşkil olunmalı, həmçinin mərkəz rəhbərləri bu işdə bilavasitə daha da aktiv fəaliyyət göstərməlidirlər. Komissiya üzvlərinin çıxışlarından sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın