Menu
Geri İrəli

Sumqayıtda “onlayn media və onun özəllikləri” adlı seminar keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2012 • Baxış sayı: 172 dəfə • Şərh yoxdur

“Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyi həyata keçirdiyi Multimedia İnformasiya Texnlogiyaları (MİS) layihəsi çərçivəsində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə “Onlayn media və onun özəllikləri” mövzusunda seminar keçirdi. Sumqayıt İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində baş tutan seminarda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş şöbəsinin müdiri Rüstəm Sadıqzadə və fəal gənclər iştirak edirdi. Kultaz.com- Azərbaycan Mədəniyyət Portalının baş redaktoru Zahir Əzəmət tərəfindən keçirilən seminarda onlayn media anlayışını yaranmasının inkişaf tarixinə nəzər salındı.  Seminarda Azərbaycanda onlayn medianın tarixinə qısa baxış, onlayn medianın özəllikləri və digər medialardan üstün tərəfləri, onlayn medianın yenilikləri və onlayn medianın menecmenti barədə iştirakçılara məlumat verildi. Seminar qarşılıqlı sual-cavab şəraitində başa çatdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın