Menu
Geri İrəli

Sumqayıtda orta məktəbdə müəllimə və direktor arasında qalmaqal

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2013 • Baxış sayı: 309 dəfə • 1 şərh

Bir neçə gün öncə Samirə Hüseynova adlı xanım müəllimə tərəfindən XeberLent.az informasiya agentliyinə şikayət daxil olub.

Şikayətdə deyilir:

sumqayit-39“Mən Hüseynova Samirə Azad qızı Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirmişəm. 30.10.2006-ci ildə 39 saylı orta məktəbə analıq məzuniyyəti yerinə uşaq birliyi təşkilatı vəzifəsinə təyin edilmişəm. 1 ildən sonra icazəm olmadan mənə telefonla zəng edərək bildirdilər ki, işimi təzə gələn bir qıza veriblər. Məni isə başqa analıqda olan bir qızın yerinə təyin ediblər. 15.09.2007-ci ildən 27.08.2008-ci ilə kimi yerinə təyin olunduğum qız analıq məzuniyyətindən qayıtdıqda məni işdən azad etdilər. Mən hətta həmin işim üçün pul da vermişdim. Amma hal-hazırda yerimdə işləyən qız mənim pulumla işləyir. Sonra mən təzədən işimi işləyəndə məni analıqda olan fizika lobarantının yerinə təyin etdilər. Mən əgər qanunla işdən çıxmalıyamsa, məndən niyə qorxurdular. Mənə niyə iş verirdilər?!.

30.12.2008-ci ildə məni yenidən analıq məzuniyyətində olan işçinin yerinə işə qəbul etdilər. Ara sakitləşən kimi 15.01.2011-ci ildən kimin ki yerinə işə gəlmişdim həmin şəxs işə qayıtdı. Məni işdən azad etdilər. Təhsil şöbəsinə baş vurdum, Vidadi Bağırovun yanında 3 dəfə oldum, İcra aparatında oldum, lakin səsimə hay verən olmadı”.

XeberLent.az informasiya agentliyi olaraq qarşı tərəfin də mövqeyini öyrənmək üçün Sumqayıt Şəhər 39 saylı orta məktəbə baş vurduq.

Həmin məktəbin direktoru Ələmşahov Bəxşeyiş İldırım oğlu XeberLent.az informasiya agentliyinə açıqlamasında bunları dedi:

“Biz hər şeyi qanun çərçivəsində yerinə yetirmişik. Samirə müəllimə bura işə girən zaman analıq məzuniyyətində olan işçimizin yerinə yerləşdirilib və əmək müqaviləsində göstərildiyi kimi müvəqqəti təyinat alıb. Analıq məzuniyyətində olan müəllimə işə qayıdanda isə həmin bağlanmış müqavilədə göstərilən və əmək məcəlləsində olan qanuna əsasən, artıq Samirə müəllimə işdən azad edilmiş hesab olundu”.

Bəhruz Salmanov

Səbuhi Vaqifoğlu

XeberLent.az

Facebook Şərhləndirmə:

“Sumqayıtda orta məktəbdə müəllimə və direktor arasında qalmaqal” yazısına bir cavab

  1. Mustafa Eraslan deyir:

    Samira xanim ele Vidadi Baxirovda hal hazirda iszizdi ,Allah tepesinen vurdu da ,hemiseki kimi yena sizi borclu cixardilar …delixanadi

Şərhinizi yazın