Menu
Geri İrəli

Sumqayıtda özəl klinikaların hansında qiymətlər daha bahadır?

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2014 • Baxış sayı: 8,982 dəfə • 2 şərh

klinikaklinikaÖzəl klinikaların səhiyyə xidmətlərindəki mövqeyi  güclənməkdə davam edir. Ancaq fakt odur ki, onların göstərdikləri xidmətə görə qiymətlər əhalinin böyük əksəriyyətinin gəlirləri ilə uyğunlaşmır. Bu isə normal keyfiyyətdə müayinə və müalicə almaq istəyən vətəndaşın xüsusilə cərrahi əməliyyatlara ehtiyac olduqda – daha doğrusu, kasıb vətəndaşın banklara, kreditlərə üz tutmasına, borclanmasına gətirib çıxarır. Amma sözümüzün canı bunda deyil. Özəl klinikaların qiymət fərqindən danışacağıq.

Bir klinikada 30 manata olan müayinənin başqasında 40–50 manata olması hansı məntiqə uyğundur? Hətta ən adi analizlərdə belə klinikaların qiymətləri arasında fərqlər var. Kimsə bunun xidmətin keyfiyyəti ilə əlaqələndirə bilər. Amma istənilən halda, heç bir xidmətə heç kim istədiyi qiyməti qoya bilməz – qoya bilməməlidir. Ancaq əlahəzrət fakt var!

Bu həftə Sumqayıtdakı özəl klinikalardakı qiymətlərlə bağlı kiçik bir araşdırma apardıq. Öyrənmək istədik ki, görək hansı tibb müəssisələri öz qiymətlərində yuxarında gedir?
Klinikalardan qanın ümumi analizinin qiymətini soruşduq. Məlum oldu ki, bu müayinə üçün qiymətlər 7 – 15 AZN arasında dəyişir. Ən bahacıl isə “Bakı” klinikasıdır.
Maraqlıdır ki, bəzi tibb müəssisələri telefon vasitəsilə qiymət açıqlaması verməkdə tərəddüd edirdilər.
Beləliklə, ümumi qan analizi üçün klinikalarda tariflər bu cürdür.
Bioloji Təbabət – 8 AZN
Hippokrat – 7 AZN
Uğur – 8 AZN
Real – 9 AZN
Doktor Az – 7 AZN
AQS Center – 10 – 15 AZN (Dəqiq qiymət göstərməyiblər)
İntermed  - 12 AZN
Sağlam ailə – 12 AZN
Bakı – 13 AZN
Qəlb – 7 AZN
Klinikaların bəziləri qiymətləri telefonla bildirməklə tərəddüd etdi. Məsələn, “Doktor.az” da telefonla cavab verən xanım bildirdi ki, həkim  göndərişi ilə gələn xəstələrə telefonla qiymət deyilmir: “Çünki bir neçə müayinə ola bilir. Bura gələndə qiymət anlaşılmazlığı yaşanır”
“AQS Dental” dan verilən cavab da maraqlı idi: “Telefonla dəqiq qiymət bildirilmir, yalnız təxmini qiyməti deyə bilərik. Bununla bağlı müdriyyətin tapşırığı var. Özünüzlə 10-15 AZN götürün, nə artıq qalsa, qalacaq da…”
Şəhər sakinləri arasında apardığımız sorğu isə göstərdi ki, bəhs etdiyimiz müayinə üçün sumqayıtlılar son 1 ilə daha çox “Sağlam ailə” və “İntermed”ə üz tuturlar.
Məlumat üçün deyək ki, eyni müayinə paytaxtın ən bahalı sayılan klinikalarında belə Sumqayıtdakı özəl tibb müəssisələrindən ucuzdur. Məsələn:
Baku Medical Plaza – 8 AZN
HB Güvən – 8 AZN

Vüsal Məmmədov, 168saat.com

Facebook Şərhləndirmə:

“Sumqayıtda özəl klinikaların hansında qiymətlər daha bahadır?” yazısına 2 cavab

  1. eldar deyir:

    cox gozel klinikadir menim usaqimin disini cixartmaqa 50 manat pulum cixdi .aqs geden pesman olur ellerine ov dusdu qurtardi ele sumururler ki adamin gibinde 1 manat pulu da qalmir hec respublikada analoqu olmayan bir isdir her yerde 10-20 manata ustelik hediyye de verirler dis cixardirlar .aqsde ise 50 manata hediyyesiz dis cixardirlar

  2. Gülü deyir:

    Sumqayitda olan AQS center cox bahaciliqdi men 6-yasda olan uwaqimi blomb ucun apardim mene bir disi 30-azn dediler iki diw 63azn…bu ne derecede duzgundur axi wok oldum menim ele bir imkanimda yoxdu hele girise ve snimkayada 10-azn vermisdim.imtina eledim aparmadim uwaqi bu o demekdirki ölun caniniz cixsin derebeyliydi..ne deyim vallah …sizden xahis edirem bu haqda tedbir goresiz…

Şərhinizi yazın