Menu
Geri İrəli

Sumqayıtda partlayış: ilkin məlumata görə 6 nəfər ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2012 • Baxış sayı: 342 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərində yuyucu toz istehsal edən zavodda güclü partlayış baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Hadisə bu gün Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər hadisə yerində yanğının qarşısının alınması istiqamətində tədbirlər görür.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın