Menu
Geri İrəli

Sumqayıtda partlayış- Bir ölü, iki yaralı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 14 Yanvar 2015 • Baxış sayı: 1,045 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində partlayış baş verib.
87375

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış olub.

Yanğın nəticəsində evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlib və ev deformasiyaya uğrayıb.

Yanğın zamanı ev sahibinin qızı 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın