Menu
Geri İrəli

Sumqayıtda pəncərə qadağası?

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2015 • Baxış sayı: 1,258 dəfə • 1 şərh

eldar-ezizovSumqayıtın icra başçısı Eldar Əzizov şəhərin mərkəzi küçələrində yol kənarında olan binaların pəncərələrinin ağ rəngdə olması barədə tapşırıq verib.

Bu barədə AzVision.az-a şəhər sakinləri məlumat veriblər.

Məlumata əsasən yol kənarında olan binalarda rəngli pəncərələr sökülərək ağ rəngli pəncərələrlə əvəz ediləcək. Bildirilib ki, fərqli rəngdə olan pəncərələr mütləq şəkildə dəyişdirilməlidir. Bina sakinlərinə pəncərələri öz hesablarına dəyişdirilməsi tapşırılıb.

Bu işə nəzarət isə mənzil istismar sahələrinə tapşırılıb. Hər mənzil istismar sahəsi öz ərazisində sakinləri məsələ ilə bağlı xəbərdarlıq edir.

Xatırladaq ki, daha əvvəl Eldar Əzizov binaların küçəyə tərəf hissəsində paltar sərilməsini də qadağan etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az

Facebook Şərhləndirmə:

“Sumqayıtda pəncərə qadağası?” yazısına bir cavab

  1. Cahid deyir:

    Paltar sərilməsini başa düşdük, pəncərənin nə dəxli ki? Şəxsi mülkiyyətdi, özləri bilər.

Şərhinizi yazın