Menu
Geri İrəli

Sumqayıtda penoplastla binaların üzlənməsi dayandırıldı – RƏSMİ AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 919 dəfə • 1 şərh

sumqayit-30Sumqayıtda köhnə və yeni binalarına vurulan bəzəkli üzlüklər ilk baxışdan şəhərə yarışıq verir, hətta işıqlandırma sistemləri ilə göz oxşayır. Amma bu gözoxşayan yaraşığın bir saatın içində yüzlərlə insanın həyatını necə qaralda biləcəyini düşünəndə adam dəhşətə gəlir. Elə ki 2 il öncə Sumqayıtda Heydər Əliyev prospektində də bir bina beləcə yanmışdı. Həmin vaxt itki olmasada binaya ciddi ziyan dəymişdi. Məsələ orasındadır ki hazırda bu cür üzlüklə üzlənmiş binalar Sumqayıtda daha çoxdur. Deməli hər an analoji hal Sumqayıtda da təkrarlana bilər. Necə ki, bu günlərdə Xətai rayonu, Zığ şossesində 9 mərtəbəli yaşayış binasında, eləcə də bu gün Azadlıq peospektində 16 mərtəbəli binada çoxsaylı ölümlə nəticələnən yanğın baş verdi.
Bəs Sumqayıtda hazırda penoplast materialından istifadə edilərək binalar üzlənirmi?

Məsələ ilə bağlı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyevlə əlaqə saxladıq. A. Əliyev Xeberle.com-a bildirdi ki, Bakıda ilk dəfə belə üzlüklü binada yanğın baş verəndə aidiyyatı qurumlara araşdırma aparmaq üçün müraciət edilib: “Fövqəladə Hallar Nazirliyi bu üzlüklərin binalara vurulmasını dayandırıb və iş apardığımız binanın birinci mərtəbəsinə vurulan üzlükləri sökdürüb. Materialın yanan material olmasını onlar daha yaxşı bilirlər. Mütəxəssis onlardır. Hələ ki, penoplastlardan istifadə edilərək üzlüklər vurulmur. Bu işi dayandırmışıq. İki il bundan öncə Sumqayıtda yanan binaya gəldikdə isə onu deyə bilərəm ki, baş verən yanğında binaya vurulan üzlük yanmırdı. İndi mən yanan binaya baxıram görürəm ki, nə qədər fərq var imiş. Keyfiyyətdən çox şey asılıdır. Bu elə bil barıt idi.”
A. Əliyev onu da bildirib ki, Bakının Xətai rayonunda 9 mərtəbəli yaşayış binasında yanğın baş verəndən sonra Sumqayıtda penoplastdan istifadə edilməsi dayandırılıb: “Rəsmi şəkildə Fövqəaldaə Hallar Nazirliyinə məktub yazmışıq ki, bu işin təhlükəsizliyinə zəmanət versin. Onlar bu işi dayandırıblar. Fövqəladə Hallar Nazirliyi necə rəy versə elə də edəcəyik. İşlərin daş hissəsi görülür, penoplast hissəsi isə görülmür.”

R.ZEYNALLI/Xeberle.com

Facebook Şərhləndirmə:

“Sumqayıtda penoplastla binaların üzlənməsi dayandırıldı – RƏSMİ AÇIQLAMA” yazısına bir cavab

  1. Патриот Сумгаита deyir:

    3-cu mikrorayonda heleki penoplastla uzlenme davam edir

Şərhinizi yazın