Menu
Geri İrəli

Sumqayıtda piyada diqqətsiz sürücünün qurbanı oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2015 • Baxış sayı: 1,022 dəfə • Şərh yoxdur

tecili-yardim-021Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında şəhərin əsas girişi sayılan Sülh küçəsində qeydə alına hadisə zamanı piyada keçidi ilə yolu keçən 30 yaşlı Əzimov Rəfael Ərşadxan oğlunu maşın vurub.

Məlumata görə, qəzaya, idarə etdiyi “BMW” markalı maşınla şəhərin mərkəzinə doğru hərəkət edən 24 yaşlı Nicat Ağayevin diqqətsizliyi səbəb olub.

“BMW”nin zərbəsinə tuş gələn 30 yaşlı kişi elə yerindəcə keçinib. Əraziyə cəlb olunun polis əməkdşalırnın yoxlamalarından sonra Rafael Əzimovun meyiti məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şöbəsinə aparılıb.

24 yaşlı Nicat Ağayevin idarə etdiyi maşın cərimə dayanacağına özü isə rayon polis idarəsinə aparılıb.

Artıq qəzanın ilkin baş vermə səbəbləri də bəllidir. Belə ki, piyada Rəfael Əzimov işıqfordan sonra çəkilmiş yerüstü piyada keçidi ilə yolu keçirmiş. Həmin vaxt isə artıq yaşıl işıq yanırmış və sürücü Nicat Ağayev sürətlə idarə etdiyi avtomobillə piyadanı vurub.

Qəzanın tam dəqiq səbəbləri isə istintaq zamanı məlum olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın