Menu
Geri İrəli

Sumqayıtda piyada səkisi üzərində obyekt tikən işbazın himayədarı kimdir ? – YENİ FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2013 • Baxış sayı: 308 dəfə • 1 şərh

Bir müddət öncə Sumqayıt şəhərində 36-cı məhəllədə 20 yanvar küçəsində yerləşən 8 və 9 nömrəli yaşayış binaları arasında piyadaların gedişi üçün nəzərdə tutulmuş səkinin üzərində obyekt tikintisi ilə bağlı məlumat vermişdik. Qeyd olunmuşdur ki, piyadaların gediş-gəliş yerinin üzərində tikilən bu əngəli aşmaq üçün əhali həyatlarını təhlükəyə atıb məcburən maşın yoluna çıxaraq yollarına davam edəsi olurlar. Son günlər KİV-də sözügedən məsələ işıqlandırıldıqdan sonra obyekt sahibi əl ayağa düşərək düz avtomobil yolunun kənarında piyadalar üçün dar bir səki düzəldib. Əvvəlki enli səkini bu qədər daraldan işbaz bilmirmi ki, bu küçədə yağış sularının axması üçün kanalizasiya sistemi yoxdur və burada az yağan yağış nəticəsində belə gölməçə yaranır. Bu isə yenə bir daha piyadaların narahaçılığına səbəb olacaq. Eyni zamanda bu yeni səki üzərinda olan ağaclar da kəsilməyə məhkumdur.

Yaxın vaxtlarda həmi obyektin yaxınlığında daha bir yeni obyektin tikiləcəyi qaçılmazdır. Çünki aidiyyatı qurum bu sahəni artıq satıb.

Ortaya maraqlı sual çıxır – bu obyektin tikilməsinə kim icazə verib? Əgər icazə Sumqayıt şəhər İcra Hakimiyyətindən verilibsə, piyada yolunu iflic edən bu icazə hansı qanunauyğunluqlara əsaslanır? Yox, əgər obyekt icazəsiz tikilirsə, onda bu özbaşınalığa əlaqədar orqanlar tərəfindən niyə əməli reaksiya verilmir?

Səkini zəbt edən işbazın himayədarı və bu obyektin tikintisi üçün icazənin alınması haqda məlumat verəcəyik.

sumqayitxeber.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda piyada səkisi üzərində obyekt tikən işbazın himayədarı kimdir ? – YENİ FOTOLAR” yazısına bir cavab

  1. Rashad deyir:

    Sakinler ucun seki tikilmeyib. Sahibkar oz obyektinin onunu abadlasdirib.

Şərhinizi yazın