Menu
Geri İrəli

Sumqayıtda prokurorluq işçilərinin peşə bayramı qeyd edilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2016 • Baxış sayı: 1,135 dəfə • 1 şərh

Sumqayıt şəhərində 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhər, hüquq mühafizə orqanlarının rəhbərləri, prokurorluq əməkdaşları iştirak edib.

Ttədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Qeyd edib ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Diqqətə çatdırılıb ki, ötən müddətdə prokurorluq orqanları hüquq mühafizə qurumları ilə birlikdə düzgün qurduğu qarşılıqlı əlaqə nəticəsində şəhərdə sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Tədbirin sonunda prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edilıb.

dsc_0018 dsc_0066 dsc_0129 dsc_0132 dsc_0143 dsc_0146 dsc_0153 dsc_0158 dsc_0161 dsc_0162 dsc_0164 dsc_01426 screenshot_1

Facebook Şərhləndirmə:

“Sumqayıtda prokurorluq işçilərinin peşə bayramı qeyd edilib – FOTOLAR” yazısına bir cavab

  1. Xeyale deyir:

    Təbrik edirəm! İşlərində uğurlar!

Şərhinizi yazın