Menu
Geri İrəli

Sumqayıtda pul üstündə baş kəsildi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2011 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur

Tanışına 11 bıçaq zərbəsi vuran şəxs onun boğazını da kəsib

Sumqayıt şəhərində törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, 25 yaşlı Namiq Səfərəliyevi yaxın tanışı olan 37 yaşlı Ceyhun Camalov qətlə yetirib.

Belə ki, bir müddət birgə işləmiş bu şəxslər arasında pul mübahisəsi varmış və N.Səfərəliyev əvvəllər də məhkumluğu olan C.Camalova borclu imiş. Lakin bir neçə dəfə pul məsələsi gündəmə gəlsə də, N.Səfərəliyev pulu qaytarmaqdan boyun qaçırırmış.

Nəhayət, bu gün bıçaqla silahlanan Ceyhun pulu qaytarmaq istəməyən Namiqi söhbətə çağırıb. Tanışlar Corat qəsəbəsi yaxınlığındakı ərazidə görüşüblər. Söhbət əsnasında Namiqin pulu qaytarmayacağını öyrənən Ceyhun bıçaqla ona 11 bıçaq zərbəsi endirib. Bu azmış kimi C.Camalov Namiqin boğazını da kəsib və onun öldüyünə tam əmin olub.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində C.Camalov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, C.Camalov əvvəllər də məhkum olunub. Bu dəfə isə onu daha ağır cəza gözləyir.

Nizam RZA, lent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın