Menu
Geri İrəli

Sumqayıtda Qədir Xum bayramı qeyd edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərinin Cümə Məscidində İslam aləminin böyük bayramlarından sayılan Qədir-Xum qeyd edilib.

SalamNews xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt şəhirində olan nümayəndələri və 600-ə yaxın dindarın qatıldığı bayram tədbiri Qurani- Kərimin oxunması ilə başlayıb.

Hər il qeyd olunan Qədir-Xum günündə işğal altında olan bütün İslam torpaqlarının, o cümlədən Qarabağın azadlığı üçün dualar edilib. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına fatihələr oxunub.

Nəzərə çatdıraq ki, Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum(əslində Ğədir əl-Xümm) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə vida həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.

Foto: H.İbadlı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın