Menu
Geri İrəli

Sumqayıtda qəribə cinayət

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2011 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur
Share Button

Qadının evinə qonaq gəldi, əlini-qolunu bağladı, ağzına yapışqan vurdu…

Sumqayıt şəhərində qəribə hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Corat qəsəbəsində Fuad Xanməmmədov qohumu Qənifə Həsənovanın evinə qonaq gəlib.

F.Xanməmmədov gecə saatlarında Q.Həsənovanın əlini-qolunu bağlayıb, ağzına isə yapışqan bərkidib. O, daha sonra bıçağı götürərək qadını qorxutmağa və pul tələb etməyə başlayıb. Lakin niyyətinin həyata keçmədiyini görən qohum aradan çıxmaq qərarına gəlib.

F.Xanməmmədov saxlanılıb.
Nizam RZA, lent.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın