Menu
Geri İrəli

Sumqayıtda qətl törədənlərin fotorobotu hazırlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2010 • Baxış sayı: 468 dəfə • Şərh yoxdur
Share Button

Müstəntiq: “Hadisəni törədən şəxsin iki nəfər olduğu ehtimal edilir”

Sumqayıtda valyutadəyişmə məntəqəsində işləyən ata və oğula silahlı hücum edənlərin fotorobotu hazırlanıb. Bu barədə Lent.az-a açıqlamasında Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Emin Mirzəyev məlumat verib. O, hadisənin bu gün səhər saat 07:30 radələrində 1-ci mikrorayonda yerləşən bina 13/11-in qarşısında baş verdiyini bildirib. Onun sözlərinə görə, həmin binanın sakinləri ata və oğul İsmayıl və Vüqar Balayevlər iş yerinə gedərkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib.

E.Mirzəyev faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açıldığını bildirib: “Hadisəni törədən şəxsin iki nəfər olduğu ehtimal edilir. Həmin şəxslərin kimliyi hələlik məlum deyil. Əməliyyat axtarış tədbirləri davam etdirilir”.

Lent.az-ın əməkdaşı İ.Balayevin olduğu xəstəxanaya gedib. Xəstəxananın həkimi Arif Mirzəyev İ.Balayevin komadan ayıldığını bildirib. Onun kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirildiyini bildirən A.Mirzəyev hal-hazırda xəstənin vəziyyətinin normal olduğunu da deyib.

Hadisənin şahidlərindən olan həmin binanın sakini Rafael Qarayev 7 dəfə atəş səsi eşitdiyini bildirib. O, silahlı hücum edən şəxsin 1 nəfər olduğunu bildirib.

Qeyd edək ki, Balayevlər millət vəkili İqbal Ağazadənin qohumlarıdır. Onlar şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin birində çalışıblar.

Vüqar Baba LENT.AZ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın