Menu
Geri İrəli

Sumqayıtda qəza: xəsarət alanlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2013 • Baxış sayı: 148 dəfə • Şərh yoxdur

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəriində Bakı-Quba yolunun 35-ci kilometrliyində “OPEL” markalı minik avtomobili və “KİNG LONG” markalı avtobus toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Nəticədə, “Opel” markalı minik avtomobilində olan 3 nəfər sərnişin xəsarət almış və xəstəxanaya aparılmışlar. Həmin avtomobildə olan 1949-cu il təvəllüdlü 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:03-də başa çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın