Menu
Geri İrəli

Sumqayıtda qadın 7-ci mərtəbədən yıxılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2014 • Baxış sayı: 600 dəfə • Şərh yoxdur

intihar_bina_0111

Sumqayıtda 31 yaşlı qadın intihar edib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  “112″ qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb və vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 11:12-də başa çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın