Menu
Geri İrəli

Sumqayıtda qadın liderliyi ilə bağlı təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2012 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və “Counterpart İnternational” təşkilatı tərəfindən icra olunan “Qadın iştirakçılığı proqramı” çərçivəsində “Yerli idarəetmədə qadın liderliyi” layihəsi çərçivəsində Sumqayıt Şəhər Tarix Muzeyində “Azərbaycanda qadın liderliyinin artırılması və qərarvermə prosesində iştirakının gücləndirilməsi” mövzusunda təlim keçirilmişdir.
“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi (İB) tərəfindən keçirilən təlimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak etmişlər.
İB-dən AzərTAc-a bildirmişlər ki, layihənin rəhbəri, İctimai Birliyin sədri xanım Lyudmila Xəlilova diqqətə çatdırmışdır ki, layihənin əsas məqsədi yerli idarəetmədə qadınların hüquqlarının və imkanlarının artırılması, qərarvermə prosesində onların fəal iştirakının gücləndirilməsi və qadın liderliyinin inkişaf etdirilməsidir. Vurğulanmışdır ki, bu təlim Sumqayıtda ictimai-siyasi fəallığı ilə seçilən qadınların səfərbər olunmasına və gələcəkdə daha səmərəli fəaliyyətin qurulmasına kömək edəcəkdir.
Layihə çərçivəsində “CEDAW 7b” adlı koalisiyanın yaradıldığını vurğulayan ekspert Vəsilə Əbilhəsənova isə qadınların hökumətin siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək və dövlət vəzifələri tutmaq, habelə dövlət idarəçiliyinin bütün səviyyələrində bütün dövlət funksiyalarını həyata keçirmək hüququ ilə bağlı ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, bu təlimin əsas vəzifələri qadın hüquqları və buna dair qanunvericilik üzrə ictimai məlumatlandırmanın, yerli idarəetmədə qadınların qərarvermə proseslərinə təsirinin artırılmasının, bu sahədə vətəndaş cəmiyyəti və dövlət strukturları ilə geniş əməkdaşlığın qurulmasının, idarəçilikdə gender siyasətinin gücləndirilməsinin təmin edilməsidir.
Təlim iştirakçıları belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirmiş, onun əhəmiyyətini vurğulamışlar. Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın