Menu
Geri İrəli

Sumqayıtda qanlı olayda 2 nəfər bıçaqlandı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 12 Dekabr 2014 • Baxış sayı: 882 dəfə • Şərh yoxdur

1381988413_bicaqlanma

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi olub. Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, qanlı olay hadisə dekabrın 7-də qeydə alınıb. Sumqayıt şəhər sakinləri Elməddin Məmmədov və Elvin Dadaşov bıçaqlanıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerlşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Yardımlı rayon sakini Abdulla Hüseynov tutulub. İstintaqa ifadə verən Abdulla Hüseynov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, Elməddin Məmmədov və Elvin Dadaşov ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Onun sözlərinə görə, mübahisə zamanı zərərçəkənlər onu döyüb. Zərərçəkənlərə gücü çatmadığını deyən Abdulla Hüseynov məcburiyyət qarşısında bıçağa əl atdığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın