Menu
Geri İrəli

Sumqayıtda qanunsuz kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2015 • Baxış sayı: 609 dəfə • Şərh yoxdur

mrtnsAzərbaycan Milli Televiziya və Radio Şurası tərəfindən  xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.

sumqayitxeber.com “ICTnews” a istinadən xəbər verir ki,  Milli Televiziya və Radio Şurası tərəfindən  Sumqayıt şəhərində xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər aşkar olunaraq onlar barəsində müvafiq tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlanıb.

Eyni zamanda, Bakıda əsasən də yeni tikililərdə  xüsusi razılıq (lisenziya) olmadan bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilir.

Bununla əlaqədar olaraq xüsusi razılıq (lisenziya) olmadan kabel şəbəkəsi yayım fəaliyyəti  ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində Milli Televiziya və Radio Şurasına (qaynar xətt: 012-498-18-82) məlumat verilməsi xahiş olunur.


Facebook Şərhləndirmə:

Şərhinizi yazın