Menu
Geri İrəli

Sumqayıtda qanunsuz qumarxana aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2012 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhəri ərazisində qumarxana və qanunsuz totalizator oyunları təşkil edilməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Şamil Quliyevin icarəyə götürdüyü müəssisədə qumarxana və qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib.

Qumarxanaya baxış zamanı 8 ədəd kompyuter dəsti, 3 ədəd noutbuk, 158 manat uduşa qoyulmuş pul, 200 ədəd hesab kuponu və digər əşyalar aşkar edilərək götürülüb.

Modern.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın