Menu
Geri İrəli

Sumqayıtda qanunsuz qumarxanalar aşkar edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2013 • Baxış sayı: 237 dəfə • Şərh yoxdur

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat tədbirləri keçiriblər

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan prospekti 4-cü məhəllə 14 nömrəli binanın 19-cu mənzilində şəhər sakinləri Kamandar Nərimanovun, Aydın Əliyevin, Elman Kərimzadənin, İsmayıl Tağıyevin və Daşqın Hümbətovun “on-line” kazino-qumar oyunları təşkil etmələri müəyyən edilib. Oraya baxış zamanı 11 kompyuter dəsti, bir qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın