Menu
Geri İrəli

Sumqayıtda qanunsuz tikililər söküləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2009 • Baxış sayı: 452 dəfə • Şərh yoxdur

qanunsuz_tikinti_372837903Sumqayitxeber.com saytı Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, .əhərdə aşkar olunan qeyri-qanuni tikinti aparan şəxslər barədə şəhər Memarlıq və şəhərsalma idarəsi tərəfindən son 15 gün ərzində 23 akt, 11 iddia ərizəsi tərtib edilib. Aktlar aidiyyatı üzrə şəhər Polis İdarəsinə və şəhər İcra hakimiyyəti başçısı yanında İnzibati Komissiyaya göndərilib. Bundan əlavə həmin aktlar əsasında şəhər İcra hakimiyyətinə və Polis İdarəsinə mütəmadi məlumatlar verilib. Şəhərin müхtəlif ərazilərində aparılan 12 qanunsuz tikinti işlərinin saхlanılması, ümumilikdə 3 qеyri-qanuni tikililərin söküntüsü təmin еdilib. Qeyd edək ki, eyni zamanda küçə ticarətinin aradan qaldırılması və piyada yollarının boşaldılması məqsədilə sahibkarlara bildirişlər və xəbərdarlıqlar paylanılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın