Menu
Geri İrəli

Sumqayıtda qanvermə aksiyası keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2012 • Baxış sayı: 140 dəfə • Şərh yoxdur
Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.  QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşlar Bakının Təzə pir, Hacı Soltanəli, Bibi-Heybət, İçərişəhər, Qaraçuxur Mir Mövsüm Ağa, Keşlə qəsəbə məscidlərində qan verə bilərlər.

Həmçinin Sumqayıtda şəhər Cümə, Gəncədə İmamzadə, Mingəçevirdə Heydər məscidlərində, Şəki şəhər məscidi, Lənkəranda Böyük bazar məscidi və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyaları keçiriləcək. Qeyd edək ki, Məhərrəm ayı noyabrın 16-da başlayıb. Aşura günü isə noyabrın 25-dədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın