Menu
Geri İrəli

Sumqayıtda qanvermə aksiyası keçirilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2015 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur

qanverme3Aprelin 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qan veriblər.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, müəyyənləşdirilmiş qrafik üzrə nazirliyin qurumlarında da qanvermə aksiyası keçirilib, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də və Azərbaycan İnvestisiya Şirkətində qanvermə aksiyası təşkil olunub.

Nazirliyin digər qurumlarında da xeyriyyə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın