Menu
Geri İrəli

Sumqayıtda “Qarabağın tarixi” kitabının təqdimatı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2014 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur
Sumqayıtda “Qarabağın tarixi” kitabının təqdimatı olub- FOTO

Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində “Qarabağın tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Kitab Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təhsil şöbəsinin təşkilatçılığı ilə ərsəyə gəlib.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər kitabın əhəmiyyətindən söz acmışlar. Bildirilmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum ediblər.

Diqqətə çatdırılıb ki, son illərdə erməni terrorunun beynəlxalq səviyyədə tanınması, uydurma “erməni soyqırımı”nın ifşası istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks hücum səmərəli xarakter alıb.. Bunun nəticəsidir ki, Azərbaycan sürətli inkişafla, həyata keçirdiyi hücum diplomatiyası ilə təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətə qoyub.

Diqqətə çatdırılmışdır ki, 2012-2013-cü dərs ilindən başlayaraq gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi, dövlətçilik tariximizin daha dərindən öyrənilməsi, onlarda elmi-tədqiqat vərdişlərinin formalaşdırılması məqsədilə müsabiqələr və elmi-praktik konfranslar keçirilir. Bu tədris ilində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə reallaşdırılan ”Azərbaycanın dövlətçilik tarixi” mövzusunda silsilə tədbirlər çərçivəsində “Qarabağın tarixi”nə həsr olunmuş konfrans keçirilib.. Ümumilikdə 17 minə yaxın VII-XI sinif şagirdlərinin qatıldıqları bu müsabiqədə məktəblərdən ibarət təşkilat komitəsinə 48 tədqiqat işi daxil olub.. Onlardan da ən yaxşı 18 iş konfransda dinlənilib.
Qeyd edilmişdir ki, şagirdlər müxtəlif mənbələrdən istifadə etməklə araşdırmalar aparmış, Qarabağın tarixi və mədəni abidələri, təbii ehtiyatları, coğrafi mövqeyindən konkret faktlar göstərərək dərin biliklərə malik olduqlarını öz elmi-tədqiqat işlərində ifadə ediblər. Tədqiqat işləri elmiliyi, materiallarının zənginliyi və tərbiyəviliyi ilə maraq doğurduğu üçün toplu şəkildə nəşr olunması məqsədəuyğun hesab olunub.
Təqdimat mərasimində çıxış edənlər kitabın diqqəti cəlb edən məziyyətlərindən danışmış, materialların tarixilik baxımından ardıcıllığı və şagirdlərin tarixi faktlara sərbəst yanaşmalarını, şəxsi münasibət bildirmələrini yüksək qiymətləndiriblər.
Natiqlər şagirdlərin elmi axtarışlarının nəticəsi olaraq ərsəyə gələn bu kitabı şəhərin bütün məktəblərinin kitabxanalarına verilməyi tövsiyə edərək bunun məktəblilərin vətənpərvərlik tərbiyəsinin yaxşılaşdırılmasında faydalı olacağını bildiriblər
Sonda tədbirin iştirakçılarına yeni nəfis şəkildə nəşr olunmuş “Qarabağın tarixi” kitabı paylanılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın