Menu
Geri İrəli

Sumqayıtda qarısıq döyüş növləri üzrə Azərbaycan çempionatı keçirilib- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2016 • Baxış sayı: 1,332 dəfə • 4 şərh

dsc_0909

Dekabrın 9-da Sumqayıt Olimpiya İdman Kompleksində qarışıq döyüş növləri üzrə (MMA) Azərbaycan çempionatı keçirilib.

Çempionatda fəaliyyət göstərən idman klublarından 23-ü iştirak etmişdir. Ümumilikdə 100-dən çox idmançının iştirak etdiyi yarışların final mərhələsi olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçmişdir.

Sumqayıt  Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə belə mötəbər yarışın Sumqayıtda təşkil edildiyi üçün federasiyanın rəhbərliyinə öz adından və sumqayıt idmançıları adından razılığını bildirmiş və hər kəsi salamlamışdır.

MMA Federasiyasının prezidenti Rəşad Həsənov idmançılara yaradılan şərait üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təşəkkürünü bildirmişdir.

Sonda bir-birinin ardınca finalçı idmançılar rinqdə maraqlı oyun nümayiş etdirmişlər. Yarışın qalibləri və mükafatçıları müəyyən olunmuş , onlar federasiyanın mükafatlarını almışlar.

MMA Federasiyasının prezidentinə və nümayəndələrinə şəhər icra hakimiyyətinin fəxri fərmanı verilmişdir.

dsc_0983

dsc_0981

dsc_0879 dsc_0886 dsc_0889
dsc_0961
dsc_0995 dsc_0999 dsc_1005 dsc_1014 dsc_1020 dsc_1028 dsc_1034 dsc_1037 dsc_1049 dsc_1055 dsc_1064 dsc_1066 dsc_1080 dsc_1088 dsc_1100 dsc_1107 dsc_1109 dsc_1112 dsc_1118 dsc_1133 dsc_1154 dsc_1177 dsc_1205 dsc_1214 dsc_1228 dsc_1231 dsc_1236 dsc_1261 dsc_1266 dsc_1273 dsc_1278 dsc_1294 dsc_1297

 

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda qarısıq döyüş növləri üzrə Azərbaycan çempionatı keçirilib- FOTOLAR” yazısına 4 cavab

  1. Seymur deyir:

    Maraqlı idi Tv-den baxdım. Sumqayıt hər sahədə inkişaf edir

  2. Kamila deyir:

    Zakir müəllim çox həvəslə baxır. Maraqlı fotolardır.Belə yarışları biletlə də etmək olar, istəyən pulun verib alsın getsin baxsın. Bizim xəbərimiz olmayıb.

  3. Sirac deyir:

    Sumqayıtımız həmişə idmançıları ilə seçilib. Bu şəhər həm də idmançılar şəhəridir. Başçımız da sağ olsun ki, idmançılarımıza dəstək olur.

  4. İlqar deyir:

    Müharibə şəraitində olan ölkəmizə belə döyüşçülər lazımdır. Zakir müəllimin bu addımını alqışlayıram. Gəncləri hərbi vətənpərvər ruhda, döyüş əhval ruhiyyəsində tərbiyyə etmək lazımdır. Ancaq təbii ki, düşmənlərimizə qarşı!

Şərhinizi yazın