Menu
Geri İrəli

Sumqayıtda qətl törədən şəxslər 14 il cəza alıblar

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 18 Noyabr 2014 • Baxış sayı: 325 dəfə • Şərh yoxdur

Bakı Ağır cinayətlər məhkəməsində Sumqayıt şəhər sakinləri Zahid Məmmədovun və Pərvin Əhmədovun CM-nin 120.2.2 ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.

sumqayitxeber.com Pressaz.com- a istinadən xəbər verir ki, cinayət işinin materiallarına əsasən, bu il mayın 4-də, axşam saat 17 radələrində Zahid Məmmədovla Pərvin Əhmədov Sumqayıt şəhərinin 6-cı mikrorayonunda  yerləşən çay evində olarkən, Pərvin birgə hərbi xidmətdə olduğu Bəhram Məmmədovun barısində  şəxsiyyətini alçaldan ifadələr işlətdiyi üçün, Bəhram telefon əlaqəsi saxlayıb, görüşmək üçün Sumqayıta gələcəyini deyib. Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Bəhram Məmmədov saat 22 radələrində həmin cayxanaya gəlib, çatıb. Təxminən 10 dəqiqə oturandan sonra Bəhramla Pərvin qarşılıqlı razılığa əsasən, birlikdə çölə çıxaraq, əvvəlcə çay evi ilə üzbəüz yerləşən idman zalının qarşısında, sonra isə arxasında olan boş sahədə sözlə mübahisə edib. Zahid Pərvinin Bəhramla dalaşacağını güman edərək, dostuna  kömək etmək qənaətinə gələrək, çay evinin mətbəxinə keçib və orada işləyən şəxslərin xəbəri olmadan uzunluğu 113 mm. olan məişət-təsərrüfat təyinatlı mətbəx bıçağını götürüb, çölə cıxıb və mübahisə edənlərə yaxınlaşıb. O Bəhramın qolundan tutub getməsini tələb etdikdə, sonuncunun onun ünvanına nəlayiq söyüşlər söydüyünü bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Bəhramı öldürmək qərarına gəliblər. Bu niyyətlərini həyata keçirmək üçün Zahid yerdən götürdüyü daş parçasını 2-3 metr məsafədən qüvvətli zərbə ilə atıb, Bəhramın qulaqarxası nahiyyəsinə xəasət yetirib, Pərvin öz növbəsində təpik və yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vurub. Həmin zərbələrin təsirindən sonuncu yerə yıxılıb, ayağa qalxarkən Zahid bıçaqla ilk zərbəni Bəhrama sol bud nahiyyəsinə endirib. O yerə yıxılandan sonra ona növbəti zərbələri vuarndan sonra Zahidlə Pərvin hadisə yerindən uzağlaşıblar.

Mərkəzi şəhər xəstəxanasına çatdırılan Bəhram Məmmədov kəskin qanitirmədən dünyasını dəyişib, həmin gecə Pərvin Əhmədov Sumqayıt şəhər Pİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində ilkin olaraq CM-nin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb. Daha 2 gündən sonra axtarış tədbirləri nəticəsində Zahid Məmmədov tutulub və ona qarşı ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

cat_7689ytcay_6iyhcay_56jgf cay_65gjf cay_68ty cay_68tyg cay_658tiuy cay_6589tyi cay_7896iy

Facebook Şərhləndirmə:

Şərhinizi yazın