Menu
Geri İrəli

Sumqayıtda qeysəriyyə əməliyyatı olunan 26 yaşlı ana dünyasını dəyişib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2013 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib. Modern.az saytının məlumatına görə, budəfəki bədbəxt hadisə bu gün axşam saatlarında Bakıda yaşanıb. Belə ki, bir həftə öncə Sumqayıtdakı 1 saylı Doğum evinə aparılan 26 yaşlı Pərvinə Hüseynovanın övladını dünyaya gətirməsi üçün üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin Doğum evində onun halı pisləşdiyindən yaxınları P.Hüseynovanı təcili Bakıya – Respublika Kliniki Xəstəxanasına gətiriblər. Amma burada gənc ananı xilas etmək mümkün olmayıb.
Pərvinə Hüseynova təxminən bir saat bundan öncə elə Respublika Kliniki Xəstəxanasındaca dünyasını dəyişib.

Məlumatı Modern.az saytına ANS telekanalının əməkdaşı Afət Telmanqızı verib. Telejurnalist bildirib ki, dünyasını dəyişən  P.Hüseynova onun qardaşının həyat yoldaşıdır.

Mərhum P.Hüseynovanın yaxınları bədbəxt hadisəyə görə həkimləri günahkar bilirlər.

Modern.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın